“Ay-ulduzlular” rəqibimizə qalib gəldilər
03.06.2012 - 09:25
“Ay-ulduzlular” rəqibimizə qalib gəldilər
DÇ-2014-ün seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi Portuqaliya yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalılar Türkiyə yığması ilə qarşılaşıblar.

“Ay-ulduzlular” AVRO-2012-yə hazırlaşan rəqibimizə heç bir şans verməyiblər – 3:1. Qarşılaşmada Ümit Bulut dubl edib. Türkiyənin digər qolu Arda Turanın hesabındadır. Portuqaliyada isə Nani fərqlənib.

Qeyd edək ki, Kriştianu Ronaldu hesab 2:1 olarkən penaltini vura bilməyib.