“Feyenoord”un direktoru Qəbələdəki uğursuzluğun səbəbini açıqladı
03.06.2012 - 11:37
Hollandiyanın məşhur “Feyenoord” Akademiyasının direktoru Stenli Brard 15 yaşadək futbolçular arasında I Qəbələ Kubokunda mükafatçılar sırasına düşə bilməmələrinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, klub rəsmisi uğursuzluqda uzun yol qət etmələrinin də rolu olduğunu deyib: “Uğursuzluğun əsas səbəbi odur ki, Qəbələyə 15 yaşlılarla deyil, 14 yaşlılarla gəlmişik. Üstəlik, uzun yol da qət etmişdik. Düzdür, belə turnirlərdə nəticə qalır. Bizim əsas məqsədimiz isə futbolçularımızı sınamaq idi”.
Qeyd edək ki, “Feyenoord” turniri VII yerdə başa vurub. Onlar “Qarabağ”a qalib gələrək (5:0), axırıncı olmayıblar.
Qeyd edək ki, “Feyenoord” turniri VII yerdə başa vurub. Onlar “Qarabağ”a qalib gələrək (5:0), axırıncı olmayıblar.
0
0