Halim Fıçıcı: Azərbaycanda ən yaxşı futbolçular bizdədir - MÜSAHİBƏ
03.06.2012 - 13:09
“Qəbələ”nin baş məşqçisi (U-15) Halim Fıçıcı I Qəbələ kuboku turnirinin qonağı olan jurnalistlərə müsahibə verib. Çalışdırıcı apasport.az saytının da suallarını cavablandırıb.
- Sizcə tutduğunuz 6-cı yer hədəflərinizə uyğundurmu?
- Uşaq futbolunda tutulan yer önəmli deyil. Məğlubiyyətin də, qələbənin də fərqi yoxdur. Bizim akademiya 4 ildir fəaliyyət göstərir. Qarşımızadakı akademiyalar isə 100 illik tarixə məxsusdur. Oynadığımız futbola baxın, uşaqların səviyyəsinə, istadadına baxın. Burada nəticə önəmli deyil. Burada hər şeyə doğru yanaşmaq lazımdır. Futbolçuların bu turnirdən nə qazandığı vacibdir. Azərbaycan futboluna nə verdiyi vacibdir. Biz istədyimizi əldə etdik. “Feyenoord”u udursan, “Vilyareal”a, “Qalatasaray”a uduzanda üzülürsən. Bu futbolun adına irəliləyişdir. Bizim uşaqlarımız əllərindən gələni etdilər. Təcrübə qazandılar, bu ab-havaya uyğunlaşdılar. Özlərinə inam hissi qazandılar. Avropa futbolunun nə vəziyyətdə olduğunu gördülər. Məncə, gələcəkdə Azərbaycan futbolu üçün ümidliyik
- Futbolçularınızdan neçəsi gələcəkdə peşəkar ola bilər?
- Təbii ki, bir neçə perspektivlisi var. Amma bizim problemimiz psixoloji hazırlıqla bağlıdır. Psixoloji deyəndə, bu türk insanında da var. Qol buraxırıq “çökürük”. İlk yarıda yaxşı oynayırıq. 2-3 qol vəziyyətini qaçırdıq, inamsızlığa qapıldıq ki, vura bilmirik. Amma belə şey yoxdur. Avropalılar artıq bunu arxada qoyublar. Biz də bunu adlamağa çalışırıq.
- Psixoloji hazırlıqdan danışdınız. Bunun aradan qaldırılması üçün nə edirsiniz?
- Bunu belə adlamalıyıq ki, tez-tez xaricdə turnirdlərdə çıxış edək. Siz nəticəni çox düşünürsünüz. Nəticə önəmli deyil. Biz nəticəni düşünsəydik, turniri təşkil etməzdik. Yenə turnirlərə gedəcəyik. Uduzmaqda davam edəcəyik. Dünyanın ən güclü komandaları da məğlub olurlar. Uduza-uduza qalib gəlməyi öyrənəcəyik. Gördünüz ki, futbolçularımız aşağı səviyyəli deyil. Bəzən yeniləcəyik, bəzənsə qalibiyyətə keçəcəyik. Amma oyun keçirmədən heç bir nöqtəyə çatmaq olmaz. Uşaq futbolunda nəticə önəmli olarsa, heç kim oyu keçirməz. Bizim belə qorxumuz yoxdur. Dünyanın ən güclüləri ilə oynamağa, yenilməyə də davam edəcəyik. Cəsarətlə üstünə gedəcəyik və problemi arxada qoyacağıq.
- Akademiyanızın komandaları arasında ən yaxşısı U-15-dir?
- Bizim 1998-ci il qrupumuz da çox güclüdür. Onların 8 yığma oyunçusu var. Bu yaş qrupunda isə 7 milli oyunçusu var. Deməli, Azərbaycanda ən yaxşı futbolçular bizdədir. 1998-ci il təvəllüdlülərdə 8, 1999 təvəllüdlülərdə isə 7 oyuçumuz var. Komandamızı yalnız belə güclü rəqiblərlə oynayaraq müəyyən səviyyəyə gətirə bilərik.
- Komandanız sanki fərdi futbola daha çox üstünlük verir?
- Oyun intizamı adlanan bir anlayış var. Uşaqlar ikinci qolu buraxandan sonra oyuna nəzarəti itirdilər. Deməli, bu psixoloji problem yaratdı. İmkan qədər tez qol vurmaq istəyirlər. Amma belə olmaz. Psixoloji cəhətdən sınmamağı, qol imkanını qaçıranda üzülməməyi, intizamdan qopmamağı öyrətməyə çalışırıq. Öyrətməyə, uduzmağa da davam edəcəyik. Bu problem deyil.
- Sizcə bu yaş kateqoriyasında çempionluq önəmlidir?
- İki ildən sonra bu unudulacaq. Amma milli komandaya oyunçu verilərsə hamı hər gün bundan danışaçacaq. Bizim məqsədimiz gələcək üçün işləməkdir. Yoxsa bu gün böyüklərlə oynayıb çempion olsaq kimi aldadacağıq? Özümüzü.
- Bunun üçün akademiyaya psixoloq cəlb etmisinizmi?
- Gələn ildən etibarən akademiyamızda psixoloq da fəaliyyətə başlayacaq.
- Niyə indiyədək bu məsələ həll olunmamışdı?
- Biz yeni akademiyayıq. Uşaq əvvəl iməkləyər, sonra gəzər, sonra qaçar. Siz istəyirsiniz ki, birdən-birə qaçaq? Biz hələ iməkləmə dövründəyik. Hələ qaçmağa başlamamışıq. Akademiyamızın inşası tamamlansın. Sonra sürət yığacağıq. Biz əvvəl oyun intizamını həll ecəcəyik. Premyer Liqanın son matçında akademiyamızın yetirməsi Amil Yunanov “Neftçi”yə qol vurdu. Amma bu bizim üçün önməmli deyul. Biz millidə qol vuran futbolçular yetişdirməliyik. Azərbaycanda çempionluq önəmli deyil. Ölkə xaricində özümüzü göstərməliyik. Dünyanın ən yaxşı komandalarına qarşı oynamalıyıq.

0
0