Kaxaber Sxadadze: O, mütləq özünü göstərməlidir
03.06.2012 - 13:47
“Komandanın tərk etmiş qapıçılarının yerinə Gürcüstanın gənclərdən ibarət millisində birlikdə çalışdığımız dövrdən yaxşı tanıdığım qolkiper Revaz Tevdoradzeni cəlb etdik. O, bizimlə birlikdə toplanışa gəldi və istərdim ki, bu qapıçının kvalifikasiyasına qapıçılar üzrə məşqçimiz Cəmaləddin Əliyev də əmin olardı. Bundan başqa, qapıçı mövqeyinə çox təcrübəli Elşən Poladovu da cəlb etdik. Ötən mövsüm Dmitri Kramarenkonun getməsindən sonra bu mövqe ilə bağlı müəyyən problemlərimiz yaranmışdı, məhz buna görə belə bir qərara gəldik ki, bizə təqribən eyni gücdə olan 3 qapıçı lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
O, klubunun rəsmi saytına verdiyi müsahibəsində son mövsümü “Simurq”da icarə əsasında keçirən, lakin yenidən Bakı təmsilçisinin heyətinə qayıdan Daniel Genovun məsələsinə aydınlıq gətirib: “Bu yaxınlarda belə bir xəbər oxudum ki, biz Daniel Genovu sıralarımıza qatmışıq. Lakin unutmaq lazım deyil ki, biz bu futbolçu ilə 2 il öncə müqavilə imzalamışıq. Açıq şəkildə deyim ki, biz onu kənddən tapmışdıq. O zaman Daniel bizimlə keçirilən yoldaşlıq matçında yaxşı təsir bağışlamışdı və biz bu oyunçu ilə müqavilə imzalamaq qərarına gəlmişdik. Onun müsbət keyfiyyətlərilə yanaşı, çatışmayan cəhətləri də var. Birincisi, bu psixoloji və fiziki kondisiyadır. Lakin son zamanlar o, fiziki planda çox artırıb, psixoloji planda isə ona işləmək lazımdır. Bununla belə, biz onunla daha 1 il müddətinə müqavilə imzaladıq və ümid edirik ki, Genov “İnter”ə kömək edə biləcək”.
Sxadadze digər yeni transferlər barədə də danışıb: “Tales Şuts özünü AZAL-ın heyətində kifayət qədər əla göstərmişdi. Bu keçid oyunçunun daha böyük inkişafına təkan verəcək, axı o, özünü avrokuboklarda göstərmək üçün əla şans qazandı. O, taran tipli forvarddır, lakin braziliyalı mənşəyi istər texnikada, istərsə də topla davranışında özünü göstərir. Giorgi Adamiyanın da təqdimata ehtiyacı yoxdur. Bu futbolçunun özünü kiməsə sübut etməyə ehtiyacı yoxdur. Şəxsən mən belə düşünürəm ki, o, Azərbaycan çempionatlarının tarixində ən yaxşı futbolçulardan biridir. Ümid edirəm ki, Adamiya vaxtılə “Neftçi”, “Bakı” və “Qarabağ” komandalarına kömək etdiyi kimi, bizə də kömək edəcək. Son iki mövsüm əsas heyəti tərk etməyərək ölkə çempionu olmuş Slavço Georgiyevski barədə onu deyə bilərəm ki, bu oyunçu böyük təcrübəyə malikdir. Biz şadıq ki, onu sıralarımıza cəlb edə bildik. Gənc futbolçu Ramil Həşimzadə özünün perspektivliyilə fərqlənir və biz ümid edirik ki, o, mütləq artıracaq. Hazırda biz bu futbolçuların hamısı ilə müqavilə imzalamışıq”.
Gürcüstanlı mütəxəssis Premyer Liqada bürünc medal qazanmalarında böyük rolu olan komandanın liderləri ilə müqavilənin uzadılmasına münasibət bildirib: “Petar Zlatinovla müqavilə imzaladıq. Artıq Vladimir Levinlə məsələ də həll edildi və Bakıya qayıdan kimi onunla yeni müqavilə imzalanacaq. Bundan başqa, Giorgi Lomaya, Baçana Sxadadze, Nizami Hacıyev və Arif Daşdəmirovla müqavilənin müddəti uzadıldı. Digər futbolçular -İbrahima Niasse, Valeri Abramidze, Asif Mirili və Samir Zərgərov isə çoxdan razılaşmanı artırmışdılar. Yarım ildən sonra Asif Məmmədovun müqavilə müddəti başa çatacaq. Ancaq biz onunla müqavilə müddətini indidən artırmaq istəyirik. Hələlik heyətə tamamilə uyğunlaşa bilməyən Əziz Quliyevin müqaviləsi var, lakin biz onun güclü tərəflərini də bilirik, o, mütləq özünü göstərməlidir”.
Yeni mövsümdə ölkəmizi avroliqada təmsil edəcək “İnter” hələ bir neçə futbolçu ilə güclənəcək. Çalışdırıcı bildirib ki, artıq 2 mərkəzi müdafiəçisi ilə danışıqlar aparıblar: “Hər 2 futbolçu Fransadandır. Onlar uzun müddətdir, 4 mövsümdən artıq Fransanın yüksək liqalarında çıxış edirlər. Hər 2 oyunçu kifayət qədər yüksək səviyyəlidir. Bundan başqa, daha 1 kənar müdafiəçi ilə danışıqlar aparırıq. Bizə daha bir hücumçu və pleymeyker lazımdır. Mən artıq demişəm ki, ötən mövsümlərarası dövrdə biz əsasən yerli kadrlara aksent edəcəyik. İndisə bizə komandanın avrokuboklarda uğurla çıxış etməsi üçün xarici bazarda güclənmək lazımdır”.
“İnter” Türkiyədə təlim-məşq toplanışına əsas komanda ilə bir neçə gənc futbolçu da aparıb. Sxadadze bildirib ki, bu gənclər perspektiv vəd edirlər: “Birincisi, böyük ümidlər bəslədiyimiz Aleksandr Qrossdur. Bundan başqa, bizimlə birlikdə Türkiyəyə hücumçu Ramil Mansurov da yollandı. Artıq uzun müddətdir əsas komandanın sıralarına gənc Fuad Bayramov cəlb edilir. Bu futbolçu əvəzedici heyətdə oynamaqla mövsümün ikinci hissəsini əsas heyətlə məşq edərək keçirdi. Bu mövsümdə onu tədricən birinci heyətə cəlb etməyi planlaşdırırıq. Sadalanan futbolçulardan savayı, bizimlə toplanışa gənc Mirsahib Abbasov və Ruslan Cəfərov da gəliblər. Birinci komanda ilə çalışmaqla onlar artıracaqlar”.
Baş məşqçi avroliadakı hədəfləri barədə də məlumat verib: “Potensial rəqiblərimiz olan komandaları bir neçə kateqoriyaya ayırmaq olar. Hər şey çempionatın səviyyəsindən asılıdır. Burada çempionatı heç də pis olmayan Moldova nümayəndəsi, Gürcüstandan çox yaxşı komanda “Torpedo Kutaisi” var. Bu siyahıda Sloveniya komandası, Macarıstan nümayəndəsi, həmişə oyunlarıyla fərqlənən Qazaxıstan klubları da var. Digər klublar da ambisiyalara malikdir. Açıq desək, digər komandalardan zəif olanlar da var. Lakin istənilən halda bizə qarşıdakı matçlara ciddi şəkildə hazırlaşmaq lazımdır, axı müasir futbolda zəif rəqiblər olmur. Hazırda konkret olaraq ilk mərhələyə hazırlaşırıq və yalnız bu barədə düşünürük. Sonra isə digər məsələlər haqqında düşünməyə başlayacağıq. Bizim düşüncələrimiz bütövlükdə birinci təsnifat mərhələsinin oyunlarına yönəldilməlidir”.
Sxadadzenin sözlərinə görə, “İnter”in hazırlıq planı püşkatmadan da asılıdır: “Türkiyədə 11 günlük məşq toplanışının başa çatmasından 3 gün sonra Sloveniyaya ikinci toplanışa gedəcəyik. Əgər birinci matçı evdə oynayarıqsa, o zaman Sloveniya hazırlığını iyunun 29-da başa vuracağıq və həmin qarşılaşmaya Bakıda hazırlaşacağıq. Püşkatmanın nəticəsinə görə ilk oyun rəqib komandanın stadionunda keçiriləcəksə, o halda toplanışın müddətini uzadacağıq və Avropadan birbaşa matçın keçiriləcəyi ölkəyə yollanacağıq”.

0
0