Azərbaycan – Gürcüstan oyununun başlama saatı bilindi
03.06.2012 - 14:19
Azərbaycan – Gürcüstan oyununun başlama saatı bilindi
AFFA və AccessBank-ın 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında birgə təşkil etdiyi II Caspian Cup beynəlxalq turnirinin son oyun gününün təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 4-də ilk olaraq meydana Qırğızıstan və Yaponiya futbolçuları meydana çıxacaqlar. Onlar sonuncu olmamaq üçün qüvvələrini sınayacaqlar.

Ardınca 5-ci və 3-cü yerlərin sahibləri bilinəcək. A qrupunda ilk pillənin sahibi olmuş Azərbaycan yığması isə finalda B qrupunda birinci yeri tutmuş Gürcüstan komandası ilə qarşılaşacaq.

VII yer uğrunda oyun
10:00. Qırğızıstan – Yaponiya
AZAL Arena

V yer uğrunda oyun
10:00. Litva – Türkiyə
“Dalğa Arena”

III yer uğrunda oyun
17:00. Qazaxıstan – Özbəkistan
“Dalğa Arena”

Final
19:30. Azərbaycan – Gürcüstan
“Dalğa Arena”

Mənbə: affa.az