“Bu gedişlə, AVRO-2020-yə ev sahibliyi edə bilərsiniz”
03.06.2012 - 15:01
“Azərbaycanla Gürcüstanın Avropa çempionatı keçirmək istəməsi onu göstərir ki, bu ölkələrdə futbola maraq böyükdür”. Bunu apasport.az saytına açıqlamasında “Feyenoord” Akademiyasının direktoru Stenli Brard deyib.
15 yaşadək futbolçular arasında I Qəbələ Kubokunu canlı izləyən hollandiyalı mütəxəssis Azərbaycanın Gürcüstanla birgə AVRO-2020-ni keçirmək üçün namizədliyini irəli sürməsinə münasibət bildirib. O, ölkəmizin məsul yarışı qəbul etmək perspektivini yüksək qiymətləndirib: “Qəbələdə gördüklərimə əsaslanaraq deyə bilərəm ki, Azərbaycanda futbol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində böyük işlər görülür. Belə davam edərsə, məsul yarışa ev sahibliyi edə bilərsiniz”.

0
0