Kubok Gürcüstana getdi – YENİLƏNİB
04.06.2012 - 20:07
Kubok Gürcüstana getdi – YENİLƏNİB
AFFA və AccessBank-ın 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında birgə təşkil etdiyi II Caspian Cup beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ötən il olduğu kimi kubok yenə qonşu ölkəyə gedib.

Bir il əvvəl həlledici qarşılaşmada Türkiyə yığması sevinərək kuboku başı üzərinə qaldırmışdısa, bu dəfə sevinən Gürcüstan yığması oldu. Lakin bu dəfə finalda millimiz də iştirak etdi. Lakin Təbriz Həsənovun yetirmələri finaladək irəliləsə də son oyunda gürcüstanlılarla bacarmadı.

4 iyun

7-ci yer uğrunda oyun
Qırğızıstan – Yaponiya - 0:3

Bakı. “AZAL Arena” stadionu


5-ci yer uğrunda oyun
Litva – Türkiyə - 2:2 Penaltilərlə - 4:2
Bakı. “Dalğa Arena” stadionu

3-cü yer uğrunda oyun
Qazaxıstan – Özbəkistan - 2:2, Penaltilərlə - 3:5
Bakı. “Dalğa Arena” stadionu

Final
Azərbaycan – Gürcüstan - – 0:1

Bakı. “Dalğa Arena” stadionu

Yekun cədvəl
1. Gürcüstan
2. Azərbaycan
3. Özbəkistan
4. Qazaxıstan
5. Litva
6.Türkiyə
7. Yaponiya
8. Qırğızıstan