“Oğlumu Azərbaycana qürurla göndərdim”
04.06.2012 - 09:41
Azərbaycan yığmasının futbolçusu Uğur Pamukun atası Fazil Pamukun apasport.az saytına müsahibəsi
- Oğlunuz milli komandamızda Andorra ilə yoldaşlıq görüşündə debüt etdi. Onun debütündən nə dərəcədə razı qaldınız?
- Azərbaycan yığması həmin matçda gözəl oynadı. Çox yaxşı qol imkanlarını qaçırdı. Ancaq bu, futboldur, belə şeylər olur. Oğluma gəlincə, oyununu bəyəndim. Gözəl çıxış etdi.
- Uğurun məhz bu matçda meydana çıxacağını gözləyirdiniz?
- Bəli. O, millinin düşərgəsinə çağırıldığından, sınanmağı lazım idi. Buna görə də oğlumun bu oyunda debüt edəcəyini gözləyirdim.
- Oğlunuz bu ildən Azərbaycanda oynayır, “Sumqayıt”da çıxış edir. Bu müddətdə karyerasında nə dəyişiklik baş verib?
- Azərbaycan bizim dədə-baba torpağımızdır. Oğlumu Azərbaycana qürurla göndərdim və orda oynamağını istədim. Bundan da çox məmnunam.
- Bu addımınız ona görə düzgün oldu ki, Uğur burada göz qabağında oldu və milliyə dəvət edildi. Almaniyanın aşağı liqasında oynadığı zamanı isə belə imkana malik deyildi...
- Doğrudur, onun Almaniyadan Azərbaycan yığmasına düşməyi çətin idi. Onun orada oynamağını çox istəyirdim, bunu arzu edirdim. Bu da sizin sayənizdə oldu. Oğlum hələ ötən ilin yanvarında Almaniya klubu ilə Antalyada təlim-məşq toplanışında olduğu zamanı siz də orada idiniz. Həmin komandada azərbaycanlı futbolçu olmağı ilə öyrənib, maraqlandınız. Saytınızda onun müsahibəsi çıxdı və Uğur Azərbaycanda tanındı.
- Sizcə, oğlunuz Azərbaycanda qalmaqla, irəliyə gedə biləcəkmi?
- Məncə, gedəcək. Azərbaycan yığması getdikcə daha gözəl olacaq. Daha yaxşı oyun göstərəcək, heyətində güclü futbolçular olacaq. Türkiyə futbolu da 15 il öncə belə idi.
- Uğura başqa təklifləri olub?
- 2 təklifi var. Ancaq onun “Sumqayıt”la müqaviləsi var. Buna görə də indi başqa kluba keçidi haqda danışmaq doğru olmaz.
Mehman SÜLEYMANOV

0
0