Azərbaycan – Gürcüstan matçı canlı yayımda
04.06.2012 - 11:06
AFFA və AccessBank-ın 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında birgə təşkil etdiyi II Caspian Cup beynəlxalq turnirinin final matçı canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da, saat 19:30-da Azərbaycan və Gürcüstan yığmaları arasında keçiriləcək həlledici qarşılaşma birbaşa nümayiş olunacaq.
Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi “İdman Azərbaycan” kanalı və affatv.az saytı vasitəsilə göstəriləcək.
Mənbə: affa.az
Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi “İdman Azərbaycan” kanalı və affatv.az saytı vasitəsilə göstəriləcək.
Mənbə: affa.az
0
0