Bojidar Bandoviç rəsmən “Bakı”da!
04.06.2012 - 11:57
Bojidar Bandoviç rəsmən “Bakı”da!
“Bakı” klubunun məşqçilər korpusunda dəyişiklik baş verib. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Novruz Əzimov məlumat verib.

Latviyalı köməkçisi İqor Kosovun vəzifəsindən ayrıldığını bildirən Əzimov komandaya yeni mütəxəssisin cəlb edildiyini söyləyib.

Belə ki, tanınmış serbiyalı mütəxəssis Bojidar Bandoviç də bundan sonra “zolaqlılar” üçün çalışacaq: “O, idman direktoru olacaq. Bandoviç komandanın fəaliyyətinə nəzarət, planların hazırlanmağına kömək edəcək”.

Qeyd edək ki, “Bakı”nın baş məşqçi postuna namizədlər arasında yer alan 43 yaşlı Bandoviç Yunanıstanın ən titullu klubu olan “Olimpiakos” və bir sıra komandalarını çalışdırıb.

Mehman SÜLEYMANOV