“Real”ın sabiq üzvü “Bakı” ilə müqavilə bağlamağa gəlir
04.06.2012 - 12:14
“Bakı” mövsümlərarası fasilədə ilk legioner transferini reallaşdırır. Bu barədə apasport.az saytına komandanın yeni baş məşqçisi Novruz Əzimov məlumat verib.
O bildirib ki, Boliviya yığmasının futbolçusu Edemir Rodrigesi heyətə cəlb edəcəklər.
“Danışıq apardığımız futbolçular var. Ancaq onların adları keçid tam həll olunandan sonra açıqlanacaq. İndi konkret onu deyə bilərəm ki, Edemir komandamıza gəlir. Hazırda Ankaradadır, sabah, yaxud birisi gün Bakıda olması mümkündür. Sağ cinah müdafiəçisidir, yarımmüdafiənin sağ cinahında, eyni zamanda, müdafiənin mərkəzində də oynaya bilir” – deyə, Əzimov vurğulayıb.
Əzimov 28 yaşlı cənubi amerikalı futbolçu haqda 2 ay əvvəl məlumat aldıqlarını bildirib: Oyununu bəyəndik, əlaqə yaradıldı, razılığa gəlindi. Futbolçu da “Bakı”da oynamaq istəyini bildirdi. Təbii ki, tibbi baxışdan keçəndən sonra rəsmi müqavilə imzalanacaq. Edemir klubunda son dövrlərə kimi oynayırdı. İnşallah, zədə baxımından heç bir problem olmaz”.
Qeyd edək ki, Edemir karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. Bu müddətdə vətənində oynayan futbolçu 2004-10-cu illərdə “Real”da çıxış edib. “Bolivar” klubundan gələn Rodriges yığmada 9 oyun keçirib.
Mehman SÜLEYMANOV

0
0