Novruz Əzimov: Rəqibin kimliyi fərq etmir
04.06.2012 - 13:45
“Bakı”nın baş məşqçisi Novruz Əzimovun apasport.az saytına müsahibəsi
- Öncə təyinatla bağlı sizi təbrik edirik. Belə demək olarmı ki, “Bakı”ya baş məşqçi əvəzi kimi Azərbaycan kubokunu qazandırandan sonra bu posta təyin olunacağınıza inamınız artdı?
- Təbrikə görə sağ olun. Bəli, bu təyinatı gözləyirdim. Rəhbərlik sağ olsun ki, mənə etimad göstərdi. Mən də bu etimadı doğrultmağa çalışacağam.
- Uzun fasilədən sonra baş məşqçi kimi çalışacaqsınız. İşinizi hansı istiqamətdə quracaqsınız?
- Qısaca, belə deyərdim: Uğura aparan istiqamətdə.
- Baş məşqçi təyin olunandan sonra məsuliyyətlə yanaşı, səlahiyyətiniz də artıb. Əsasən nəyə diqqət yetirəcəksiniz?
- Öncə komandanın hərtərəfli hazırlığına. Ab-havanın yüksək səviyyədə olacağına çalışacağıq.
- Ab-havanın yüksək olması mövsümü titul – kuboku və Avroliqaya vəsiqə qazanmağınızda böyük rol oynadı. Yəqin ki, bu atmosferi, ruh yüksəkliyini qorumaq üçün psixoloji hazırlığa böyük önəm verəcəksiniz...
- Bəli, dedikləriniz nəticə qazanmağımızda böyük rol oynadı. Ancaq uğura aparan yol tək o deyildi.
- Avroliqada iştirak edəcək komandanın heyətlə, gedən-gələn futbolçularla bağlı transfer məsələləri böyük maraq doğurur. Bu yöndə nə deyə bilərsiniz? Əsasən hansı mövqelərə, hansı ölkələrdən futbolçular cəlb etmək fikrindəsiniz?
- Mən komandaya çox futbolçu götürməyin tərəfdarı deyiləm. Bir çoxları ilə danışıqlar gedir. Bizə lazım olan mövqelərlə bağlı futbolçuların transferi həllini tapandan sonra adları açıqlayacağıq.
- Yeni qapıçı da axtarırsınız. Sizin vaxtınızda əsas qapıçı olan Aqil Məmmədovun əsgərlik məsələsi var...
- Bəli. Bu mövqeyə futbolçu axtarmağımız doğrudur. Ancaq Aqil komandada qalacaq. Onu saxlamağa çalışacağıq. Qapıçı axtarsaq da, Aqilə böyük inam var. Ona etimad göstərilir. Gördünüz ki, Məmmədov son oyunlarda əsas heyətdə yer aldı. Sözsüz ki, Avropada oynayacaq komandanın qapıçısı daha təcrübəli, yüksək səviyyədə olmalıdır.
- Uzun illər “Bakı”nın əsas qapıçısı olan xorvatiyalı Marko Şarliya artıq ehtiyatda qalır. Yeni qapıçı da axtardığınızı nəzərə alsaq, onun yollarınızı ayırmağın nəzərdə tutulduğunu demək olar?
- Bunu yeni qapıçı alandan sonra demək olar. Şarliyanın bizimlə iyunun 30-a kimi müqaviləsi var. Yeni qapıçı alandan sonra deyə biləcəyik ki, onunla yollarımızı ayırırıq.
- Milli komandamızın da üzvü olan Andrey Popoviç müqavilə ilə klubunuza məxsusdur və “Sumqayıt”la icarə müqaviləsi başa çatıb...
- Bəli. Popoviç komandamıza qayıdacaq və Qəbələdəki təlim-məşq toplanışımızda iştirak etməlidir.
- Komandanız sabah bir araya gələcək. İlkin hazırlıq mərhələsində neçə futbolçu ilə başlaya biləcəksiniz?
- 15 futbolçu ilə. Legionerlər Bakıda hazırlığa başladığımız ilk günlərdə gələcək. Yalnız İbrahim Karqbo 10 gündən sonra düşərgəmizdə ola biləcək.
- Bu, nə ilə bağlıdır?
- O, çıxış etdiyi Syerra-Leone yığmasının rəsmi oyununa dəvət olunub. Həmin matç iyunun 15-də keçiriləcək. İbrahim bu oyundan sonra hazırlığımıza qatılacaq. Bakıda 1 həftə məşq edəndən sonra məşqlərimizi Qəbələdə davam etdirəcəyik. Orada iyunun 16-a kimi olandan sonra 2-ci hazırlıq mərhələsini keçirmək üçün Sloveniyaya təlim-məşq toplanışına yollanacağıq. Bu, iyunun 18-dən 29-a kimi olacaq. Üçüncü hazırlıq mərhələsini Avroliqadakı püşkün nəticəsinə - rəqibə və ilk oyunu hansı meydanda keçiriləcəyinə uyğun müəyyənləşdirəcəyik.
- İyunun 22, 25-i və 28-də keçirilməyi nəzərdə tutulan yoxlama oyunlarda rəqiblərlə bağlı nə deyə bilərsiniz?
- Polşanın “Legiya”, Macarıstanın “Vidyaton” və Sloveniyanın “Mura” klubları ilə oyunlar planlaşdırılıb. Ancaq ola bilər ki, hansı rəqibdə dəyişiklik oldu.
- Buna püşkdə komandanıza hansı rəqibin düşəcəyi təsir göstərə bilər ki, bunun üçün iyunun 25-i gözləməliyik. Ümumiyyətlə, püşkdən nə gözləyirsiniz? Avroliqada əsas məqsədiniz nə olacaq?
- Əsas hazırlığımızdır. Komanda Avroliqaya yaxşı hazır olsa, istəyinə çata bilər. Bu zaman rəqibin hansı komanda olmağı 2-ci dərəcəlidir. Avroliqada çıxış komandanın tam hazır olmağından asılıdır. Bu zaman rəqibin kimliyi fərq etmir. Avroliqada məqsədimiz uğurlu nəticə əldə etməkdir. Sözsüz ki, bu zaman mərhələlər keçmək nəzərdə tutulur. Məqsədimiz nə qədər mümkündür, irəli getməkdir.
Mehman SÜLEYMANOV

0
0