Azərbaycan millisi üçün adalı
04.06.2012 - 14:57
Azərbaycan millisi üçün adalı
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək İslandiya – Azərbaycan oyununun hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabahkı qarşılaşmanı Farer adalarından olan Petur Reynert idarə edəcək. Bir adadan qonşu adaya gələcək referi millimizin görüşündə fit çalacaq.

Qeyd edək ki, Reykyavikin “Valyur” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.