Hakimə oxşamayan hakim - FOTO
04.06.2012 - 15:44
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin İslandiya – Azərbaycan oyununun baş hakimi Petur Reynert maraqlı göstəricilərə malikdir. Apasport.az saytının məlumatına görə, dünya mətbuatı Farer adalarından olan ədalət təmsilçisini “beynəlxalq dərəcəli hakimə oxşamayan hakim” sayır.
Buna səbəb isə ixtisasca müəllim olan Reynertin daim artıq çəkiyə malik olması, əksər hallarda üzünün tüklü olmasıdır. 2006-cı ildə Farer adalarının ən məşhur hakimi Lassin İsakssonun yerinə FİFA referisi olan Reynert UEFA-nın 3-cü kateqoriyasına yüksəlib. Reynert hakimliyə 15 yaşında başlayıb.
Həmyaşıdları ilə oynayarkən hakimə ehtiyac olub. Yoldaşları ona deyiblər ki, sən oynaya bilmirsən, hakimlik et. Elə o vaxt Reynert oynamağa deyil, idarəçiliyə başlayıb. 1978-ci il təvəllüdlü hakim artıq 2000-ci ildə adaların aşağı dəstələrində ən yaxşılar arasında olub. Bununla kifayətlənməyən Reynert Danimarkaya yollanıb. Orada 4 il hakimlik bacarığını artıran adalı vətənə dönərək yüksək liqa oyunlarına təyinat almağa başlayıb.

0
0