Berti Foqts: Elə bir komanda tanımıram...
04.06.2012 - 15:56
Berti Foqts: Elə bir komanda tanımıram...
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts növbəti dəfə Avropa çempionu etdiyi Almaniya yığmasından danışıb. Apasport.az saytının məlumatına görə, 66 yaşlı mütəxəssis indi də Bundestimin orta sahəsini dəyərləndirib.

Foqtsun fikrincə, dünyada belə güclü yarımmüdafiə xətti olan 2-ci yığma yoxdur: “Almaniya yığmasının yarımmüdafiəsi dünyada ən yaxşı sayılır. Mən 3 nəfəri – Məsut Özil, Sami Hedira və Bastian Şvaynştaygeri bir yerdə nəzərdə tuturam. Hətta Şvaynı Toni Kroosla əvəzləmək olar. Dünyada elə bir komanda tanımıram ki, Almaniya kimi belə ritmli və aqressiv oynasın. Əgər millimiz müdafiədə sabitlik əldə etsə, onda dünyada heç bir komanda nə AVRO-2012-də, nə də DÇ-2014-də onu məğlub edə bilər”.

Qeyd edək ki, Foqts futbolçu kimi heyətində dünya və Avropa çempionu olduğu Almaniya millisini 1996-cı ildə baş məşqçi kimi qitə çempionatının qalibi edib.