Milli komanda: 11 illik həsrətin 1 həftəliyində
04.06.2012 - 16:56
21 yaşadək futbolçular arasında Azərbaycan millisinin 11 illik həsrəti qırıla bilər. Apasport.az saytının məlumatına görə, sabah İslandiya ilə qarşılaşacaq Bernard Lippertin yetirmələri yarış başa çatmamış sonuncu olmayacağını təmin edə bilər.
Bu isə millimizin tarixində ikinci belə hadisə olacaq. Final mərhələsi 1996, 2000, 2004, 2006, 2009 və 2011-ci illərdə keçirilən Avropa çempionatlarının seçmə mərhələlərində yığmamız istisnasız sonuncu olub.
Avro-1998-ə qatılmayan, Avro-2007-nin qrup mərhələsindən isə təsnifat mərhələsində uduzaraq kənar qalan komandamız tarixində yalnız 1 dəfə sonuncu olmayıb. Bu da Avro-2002-nin seçmə mərhələsində yaşanıb.
Hazırda 4 xalı olan yığmamız 11 ildən sonra eyni nəticəni təkrarlayıb sonuncu olmaya bilər. Bunun üçün hesabında 3 xalı olan İslandiyanı sabah məğlub edib, gələn həftə ada təmsilçisinin Norveçdə xal itirəcəyini gözləmək lazımdır. Yığmamız qalib gələcəyi və Norveçin uduzmayacağı halda iyunun 12-də Lippertin yetirmələri 4-cü yeri təmin edəcək. Özü də sonuncu oyunların nəticəsindən asılı olmayaraq.
Qeyd edək ki, Avro-2002-də də millimiz sona 1 tur qalmış sonuncu olmamağı təmin etmişdi. Həmin vaxt 6 komandalı qrupda Makedoniyanı arxada qoyan millimiz sonuncudan əvvəlki oyunda özündən 1 xaı geridə olan rəqibini udaraq onun üçün əlçatmaz olmuşdu. Elə indi də oxşar vəziyyətdir. Yığmamız autsayderdən 1 xal öndə qərarlaşıb onunla qarşılaşır. Lakin fərq ondadır ki, ada təmsilçisinin bizimkilərdən çox – 2 oyunu qalacaq. Həmin oyunu da gələn həftə Norveçdə keçirəcək.

0
0