Stevan Bates “Xəzər Lənkəran”dan kənarlaşdırıldı
04.06.2012 - 17:24
Stevan Bates “Xəzər Lənkəran”dan kənarlaşdırıldı
“Xəzər Lənkəran” serbiyalı futbolçu Stevan Bateslə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu ilin qışında transfer olunan müdafiəçi ilə bağlı yekun qərar verməkdə tərəddüd edən baş məşqçi Yunis Hüseynov sonda ondan imtina edib.

Dünənə kimi Batesi komandanın düşərgəsində saxlayan çalışdırıcı Avstriya səfəri ərəfəsində futbolçudan imtina etməyi lazım bilib.

Qeyd edək ki, Stevan “Xəzər Lənkəran”da 7 oyun keçirərək, biri qırmızı olmaqla 5 vərəqə alıb.