“Onun hərəkəti cavabsız qalmayacaq” – MÜSAHİBƏ
20.06.2012 - 23:04
“Bakı” klubunun baş meneceri Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi
- Transfer çalışmaları ilə bağlı hansı yeniliklər var?
- Bildiyiniz kimi, Boliviya yığmasının da formasını geyinən Edemir Rodrigeslə müqavilə imzalamışıq. Sadəcə, futbolçunun transfer vərəqini gözləyirik. Sol cinah müdafiəçisi məsələsini də həll etmişik. Gürcüstanlı futbolçu ilə anlaşmışıq. Adını dəqiq deyə bilməyəcəm, son mövsümü Avstriya “Sturm”unda keçirib (klubun heyətində bir gürcü futbolçu var. O da Giorgi Popkhadzedir). Eyni zamanda, Gürcüstan yığmasında da çıxış edir. Başqa namizədlər də var idi. Amma baş məşqçi Novruz Əzimov onun keçidinə üstünlük verdi. Həm uyğunlaşma baxımından, həm də insani keyfiyyətlərinə görə belə addım atdı. Üstəlik oyunçunun 26 yaşı var ki, bu da bizi qane edir.
- Bəs yeni qapıçının transferi nə vaxt reallaşacaq?
- Kolumbiya yığmasının da qapısını qoruyan Neko Martineslə bütün şərtlərdə anlaşmışıq. Qalıb futbolçunun Bakıya gəlməsi və rəsmi müqaviləyə imza atması.
- Onun gəlişinin yubanması nə ilə bağlıdır?
- Biz futbolçu üçün Argentinadan viza açdırdıq. Çünki Kolumbiyaya daha yaxın ölkə oradır. Amma qapıçının ailəsi Kosta-Rikada yaşayır. O da onların yanındadır. İndi Martines yenidən Argentinaya qayıtmalıdır ki, da 15-18 saatlıq uçuş deməkdir. Daha sonra isə ölkəmizə gəlməlidir. Belə deyək də, futbolçu hazırda yoldadır. Gələn kimi müqavilə imzalayacağıq. Çünki sənədləri iyunun 23-dək çatdırmalıyıq. İyulun 4-dək isə bir futbolçunun adını əlavə edə bilərik. Bununla da vacib olan mövqeləri gücləndirmiş olacağıq. Çünki bizə təcili qapıçı, sol və sağ cinah müdafiəçiləri lazım idi. Bunu da həll etmək üzrəyik.
- Yəqin ki, fransalı Bernard Mendi, eləcə də İspaniya “Rasinq”ində çıxış edən futbolçu ilə danışıqlar hələlik dondurulacaq...
- Bizə təcili müdafiənin cinahlarını gücləndirmək lazım idi. Bunu da etdik. Amma danışıqlar dondurulmayıb. Mendidən başqa Mali yığmasının üzvü, eləcə də “Rasinq”li futbolçular da arxa xətdə yer alırdılar. Onlar eyni zamanda yarımmüdafiədə də çıxış etmək qabiliyyətinə malikdirlər. Yəni peşəkar futbolçulardırlar və istənilən mövqedə oynamağı bacarırlar. Ümumiyyətlə, axtardığımız mövqelərə 4-5 namizədimiz var idi. Sonda seçimi baş məşqçi etdi. Yunanıstan “Aris”ində oynayan braziliyalı var idi. Adı Migeldi.
- Əziz Quliyevin yenidən geri dönməsi hansısa zərurətdən yarandı?
- Onun transferi hələ rəsmiləşməyib. Biz futbolçu ilə danışmışıq və o, Sloveniyadakı hazırlığımıza qatılıb. Amma Əziz “İnter”lə aralarındakı problemi yoluna qoymalıdır. Bundan sonra onu transfer edə bilərik.
- Qışda heyətə cəlb etdiyiniz Kokenin bu qədər yubanması nə ilə bağlı idi?
- Koke artıq komandanın düşərgəsindədir. Biz kimisə zorla komandada saxlamırıq. Onun komandamızla dekabra qədər müqaviləsi var. Təbii ki, futbolçunun bu hərəkəti cavabsız qalmayacaq. Vaxtında gəlmədiyinə görə, cərimə olunacaq. Artıq bununla bağlı özünü məlumatlandırmışıq. Geriyə addım yoxdur.
- Kosta-Rikada futbolçu transfer edəcəyiniz də gündəmdə idi. Söhbət Hernandesdən gedir. Məsələ nə yerdə qalıb?
- Əslində, bu futbolçunu hələ qışda transfer etmək istəyirdik. Bakıya dəvət etdik və müayinə zamanı ayağında zədə olduğu aşkarlandı. Amma futbolçu heç bir ağrı hiss etmədiyini bildirdi. Hətta o, bizə təklif etdi ki, müqaviləyə belə bir bənd də əlavə edək ki, bu zədəyə görə problem yaransa, dərhal müqaviləni qarşılıqlı şəkildə pozacağıq və klubdan heç bir kompensasiya tələb etməyəcək. Hazırda futbolçu bizdən cavab gözləyir. Hazır olmasını söyləmişik. Əgər Koke ilə bağlı hansısa problem yaransa, dərhal Hernandesi dəvət edəcəyik.
- Komandadan göndərilən futbolçu varmı?
- Gedən yoxdur, amma ola bilsin, heyətə düşməyən gənc futbolçularımızı təcrübə toplamaq məqsədi ilə başqa klublara icarəyə vermək istəyirik. Həmin oyunçularımız gedəcəkləri klublarda əsas heyətdə meydana çıxmalıdırlar.
- İyunu 25-də keçiriləcək püşkatma mərasimində “Bakı”nı kim təmsil edəcək?
- Mən.

0
0