İngiltərə İtaliya ilə oyuna penaltilər üzərində hazırlaşır
21.06.2012 - 13:52
İngiltərə İtaliya ilə oyuna penaltilər üzərində hazırlaşır
İngiltərə milli komandası AVRO-2012-də İtaliya yığması ilə ¼ final oyununun taleyinin penaltilər seriyasından həll olunmağından ehtiyatlanır. Apasport.az saytının məlumatına görə, ingilislər iyunun 24-də keçiriləcək həmin matça hazırlıq prosesində 11 metrlik cərimə zərbələrinin vurulmağı üzərində aktiv çalışır. Bu haqda məlumat verən millinin baş məşqçisi Roy Hocson “lotereya” adlandırılan bu zərbələrə ciddi önəm verir: “Artıq məşqlərdə bunun üzərində işləməyə başlamışıq. İndi isə bu məsələyə daha ciddi yanaşırıq. Ümid edirəm ki, bu, bir dəfə bizə fayda verəcək”.