“Sumqayıt” Almaniyadan futbolçu transfer etdi - FOTO
21.06.2012 - 13:56
Son olaraq “Sivasspor”dan Məhəmməd Əli Atamın transferini reallaşdıran “Sumqayıt” növbəti futbolçunu heyətinə qatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Gənclik şəhəri”nin təmsilçisi Almaniyanın IV Bundesliqasında mübarizə aparan “Berliner AK” komandasında çıxış etmiş Azərbaycan əsilli Pərdis Fərcad-Azadla anlaşıb. Onunla ikiillik müqavilə imzalanıb.
Hücumameyilli yarımmüdafiəçi 1988-ci ildə anadan olub və peşəkar karyerasına 2007-ci ildə “FC Karl Zeiss Jena” klubunun ikinci komandasında başlayıb. O, bu klubun heyətində 36 oyunda meydana çıxıb və rəqib qapılarından 7 top keçirib.
Pərdis 2009-2010-cu illər ərzində “VFC Plauen”in şərəfini qoruyub (20 oyun, 3 qol). 2010-cu ildən “Berliner AK”da çıxış edən adıçəkilən futbolçu 34 qarşılaşmada rəqib qapılarından 13 top keçirib.
Qeyd edək ki, Fərcad-Azad “Sumqayıt”da 7 nömrəli futbol formasını geyinəcək.

0
0