“İnter”in Sloveniyada ardıcıl 3-cü məğlubiyyəti
26.06.2012 - 09:20
“İnter” Sloveniyada təlim-məşq toplanışında 3-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Avroliqadakı təmsilçimiz Xorvatiyanın “Osiek” klubuna 0:2 hesabı ilə uduzub. Bununla da “bankirlər” yenə meydanı məğlub tərk edib. Belə ki, Kaxaber Sxadadzenin çalışdırdığı komanda bunadək Avstriyanın “Kapfenberq” və Sloveniyanın “Maribor” klublarına 0:1 hesabı ilə uduzmuşdu. Göründüyü kimi, bürünc medalçı hələ qol da vura bilməyib.
0
0