"Püşkün nəticəsini bizim üçün uğurlu saymaq olar”
26.06.2012 - 09:31
"Püşkün nəticəsini bizim üçün uğurlu saymaq olar. Bununla belə, arxayınlaşmaq lazım deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın Çempionlar Liqasında təmsilçisi olan “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev klubunun rəsmi saytına açıqlamasında deyib. Onun sözlərinə görə, turnirdə rəqibləri olacaq Gürcüstan çempionu “Zestafoni” ilə oyunlara asan sınaq kimi baxmamalıdırlar: “Çempionlar liqası turnirində gücsüz rəqib olmur. "Zestafoni" Gürcüstan çempionudur. Onlar da bizim kimi qələbəyə köklənəcəklər. Bu oyunlara ən yaxşı səviyyədə hazırlaşıb növbəti mərhələyə adlamalıyıq".
0
0