İlk yarımfinalçılar müəyyənləşdi
28.06.2012 - 09:38
Bakıda keçirilən Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan turnirdə ilk yarımfinalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, A qrupunda baş tutan III turun qarşılaşmalarından sonra Bolqarıstanın “Slaviya” və Ukraynanın “Karpatı” klubları növbəti mərhələyə yüksəlib. Son turda bolqarıstanlılar Türkiyənin "Samsunspor" komandasını 3:0 hesabı ilə məğlub edib. Ukrayna təmsilçisi isə Gürcüstan “Dinamo”sundan güclü olub – 1:0.
| Komanda | O | Q | H | M | Toplar | X | |
|---|---|---|---|---|---|---|---|
| 1 | “Slaviya” (Sofiya, Bolqarıstan) | 3 | 2 | 0 | 1 | 4-3 | 6 |
| 2 | “Karpatı” (Lvov, Ukrayna) | 3 | 1 | 0 | 1 | 4-1 | 6 |
| 3 | “Dinamo” (Tbilisi, Gürcüstan) | 3 | 1 | 1 | 1 | 5-3 | 4 |
| 4 | “Samsunspor” (Samsun, Türkiyə) | 3 | 0 | 1 | 2 | 2-8 | 1 |
0
0