Avroliqada ilk oyunlarımızı idarə edəcək hakimlər açıqlandı
28.06.2012 - 10:12
Avroliqada ilk oyunlarımızı idarə edəcək hakimlər açıqlandı
Avroliqada I təsnifat mərhələsində oynayacaq Azərbaycan klublarının iyulun 5-də ilk oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “İnter”in Estoniyanın “Trans” klubu ilə səfər matçı belçikalı Aleksandr Boukata tapşırılıb. “Bakı”nın Sloveniyanın “Mura” klubu ilə ev oyununda da baş hakim mərkəzi avropadan olacaq. Bu, ukraynalı Sergey Dankovskidir.

“Xəzər Lənkəran”ın isə Estoniyanın “Nomme Kalyu” klubu ilə hər oyununun baş hakimi müəyyənləşib. Lənkərandakı oyunda Sloveniyalı Mitya Ziqaneç, iyulun 10-da Tallinin “Kadriorq” stadionunda keçiriləcək cavab matçında norveçli Daq Vidar Hafsas iş başında olacaq. “İnter”lə “Bakı”nın iyulun 12-də təkrar oyunlarını idarə edəcək hakimlərin adları hələ açıqlanmayıb.