UEFA Lənkərana debütant göndərir
28.06.2012 - 11:03
Avropa Liqasının I təsnifat mərhələsinin “Xəzər Lənkəran” – “Nomme Kalyu” matçını idarə edəcək hakimin kimliyi məlum olub. Apasport.az saytının məlumatına görə, iyulun 5-də Azərbaycan və Estoniya təmsilçilərini Lənkəran şəhər stadionuna çıxaracaq Mitya Jqaniç təcrübəsiz referidir.
Sloveniyalı ədalət təmsilçisi yalnız bu ildən beynəlxalq dərəcəsi alıb. 29 yaşlı ədalət təmsilçisi UEFA-nın hakimlər üçün 4-cü kateqoriyasına daxildir. Beynəlxalq karyerasında cəmi 3 qarşılaşma olan Jqaniç 2 dəfə U-17 yığmalarının matçında fit çalıb. Digər matçda Xorvatiya və İsveç millilərinin yoxlama oyununda iş başında olan sloveniyalı skandinaviyalıların qələbəsinə şahid olub – 1:3. Jqaniç hələ oyun idarə etmədiyi avrokuboklarda debüt oyununu məhz Lənkəranda keçirəcək. Belə ki, UEFA yalnız indi ona qitə kuboklarında “siftə” etmək imkanı verib.

- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
0
0