“Xəzər Lənkəran” daha 3 legionerdən imtina etdi
28.06.2012 - 14:23
“Xəzər Lənkəran” baxışa çağırdığı legionerlərdən daha üçünü qaytarıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yunis Hüseynov Avstriyadakı hazırlıq prosesində son yoxlama oyununda 2:5 hesabı ilə uduzduqları Çexiyanın “Dinamo” klubu ilə matçda şans verdiyi hücumçular – portuqaliyalı Rikardo Felisberto ilə sloveniyalı Denis Çuriç və serbiyalı yarımmüdafiəçi Predraq Laziçi bəyənməyib. İsveçrənin “Luqano” klubunun argentinalı hücumçusu Dante Adrian Sengerin gəlişi isə yubandığından, Hüseynov onu iş başında görmək imkanı qazanmayıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” Avstriyadakı 3 həftəlik hazırlığını bu gün başa vuraraq, sabah Vətənə dönəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” Avstriyadakı 3 həftəlik hazırlığını bu gün başa vuraraq, sabah Vətənə dönəcək.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0