“Qarabağ”da böyük təcrübə yığıb, Avropaya qayıtmaq istərdim“
28.06.2012 - 15:15
“Qarabağ”da böyük təcrübə yığıb, Avropaya qayıtmaq istərdim“
“Mənim yeni klubum növbəti ildə avrokuboklara vəsiqə qazanmaq istəyir. Mən “Qarabağ”la böyük təcrübə qazanmaq istərdim. Bu klubun təklifindən imtina edə bilməzdim”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yeni transferi Miro Varvodiç deyib.

“Köln” klubundan transfer edilən xorvatiyalı qapıçı Almaniya mətbuatına Ağdam təmsilçisini seçməsinə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanda uğur qazandıqdan sonra yenidən qərbi Avropaya dönmək arzusundadır: “Qarabağ”da böyük təcrübə yığıb, buraya qayıtmaq istərdim. 2 il sonra daha yüksək liqada özümü göstərmək məqsədindəyəm. Yaşayacağım Bakı da məni heyrətləndirdi. Bu şəhəri ikinci Dubay adlandırırlar. Buraya böyük sərmayələr qoyulub və şəhər gözəlləşərək, sürətlə inkişaf edir”.

Qeyd edək ki, Miro “Qarabağ”la 2 illik müqaviləyə imza atıb.