“Lex” rəsmisi: Bizi Azərbaycana uzaq səfər gözləyir
28.06.2012 - 16:30
Polşanın “Lex” klubu hazırlıq planında dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, Poznan təmsilçisi 2 yoxlama oyunundan imtina edib. Lex iyulun 9-da “Legiya”, 15-də “Krakoviya” ilə oyunları keçirməkdən boyun qaçırıb. Qdansk və Krakovda baş tutmalı olan qarşılaşmaların keçirilməməsinə səbəb isə Avropa Liqasının püşkü olub.
I təsnifat mərhələsində Qazaxıstanın “Jetısu” komandası ilə görüşəcək Polşa təmsilçisi bu səddə adlayacağı balda “Xəzər Lənkəran” (Azərbaycan) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Komandanın rəisi Dariuş Motala isə bu cütlərin qaliblərinin kimliyinə şübhə etmir. Klub rəsmisi yoxlama oyunlarından imtinanı “Xəzər Lənkəran”la qarşılaşacaqları ilə bağlayıb: “Uzaq Taldı-Kurqan səfərindən 1 həftə sonra bizi növbəti uzun yol gözləyir. Bu dəfə Azərbaycana getməliyik. Bu uzun səfərləri nəzərə alıb yoxlama oyunlarından imtina etdik. Həmin klublara bizi başa düşdükləri üçün təşəkkür edirik”.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0