“Barselona” üçün 14 milyonluq müdafiəçi
28.06.2012 - 18:49
İspaniya milli komandasının futbolçusu Xordi Albanın “Barselona” klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, neçə vaxtdır “Valensiya”nın müdafiəçisinə “elçi düşən” Kataloniya təmsilçisi nəhayət transferi reallaşdırıb.
23 yaşlı istedadla 5 illik müqavilə imzalanıb. “Barselona” hazırda Polşa və Ukraynada keçirilən AVRO-2012-də parlaq oyun nümayiş etdirən Albanı cəmi 14 milyon avroya transfer edib.
Qeyd edək ki, Xordi ötən mövsüm “Valensiya”da 42 oyun keçirib və 3 qol vurub.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0