Rəşad Sadıqov: Məşq etməyə həvəs yoxdur
28.06.2012 - 23:02
“Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqovun apasport.az sayrına müsahibəsi
- Fasilədən necə yararlandınız?
- Təxminən 35-40 gün istirahətimiz oldu. Yaxşı dincəldik. Həm ölkə daxilində, həm xaricdə istirahət etdik. Fasilədə həm də bir müddət müalicə olundum. İndi hər şey qaydasındadır. Artıq məşqlərə başlamışıq. Bir neçə gündən sonra təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə yollanacağıq.
- Mövsümün, eləcə də son üç ilin yorğunluğunu çıxara bildinizmi?
- Həqiqətən də indi hiss etdim ki, yorğunluğu üzərimdən ata bilmişəm. Düzdür, məşqlər başlayıb. Amma məşq etməyə həvəs yoxdur. Sadəcə, fikirləşirsən ki, qarşıda çempionat oyunları gəlir. Ona görə də hazırlaşmağa məcbursan. Yoxsa, bir qədər də dincəlmək istəyirsən.
- Ayyarımlıq fasilədən sonra yaşıl meydanda özünüzü necə hiss edirsiniz? Artıq çəki varmı?
- Təbii ki, istirahətdən gəldiyimizə görə, artıq çəki olacaq. Bir aydan sonra əvvəlki formamızı tam bərpa edəcəyik.
- “Qarabağ” fasilə zamanı bir neçə futbolçu ilə yollarını ayıran zaman hər kəs daha təcrübəli futbolçu transfer edəcəyini düşünürdü. Amma indiyə qədər heyətə cəlb edilənlərdən yalnız biri bu kriteriyaya uyğun gəlir. Digər iki oyunçu isə gəncdir...
- Baş məşqçi yaxşı oyunçu transfer etmək istəyir. Ona görə də hələ axtarış davam edir. Bizə komandanı gücləndirəcək futbolçular lazımdır. Yoxsa, transfer xətrinə transfer etmirik.
- Yəqin onlar Türkiyə toplanışına qatılacaq...
- Bəli, həmin legionerlər Türkiyə toplanışında baxışdan keçdikdən sonra komandaya götürüləcəklər.
- Necə düşünürsüz, hansı mövqeləri gücləndirməyə ehtiyac var?
- Daha çox orta xətti gücləndirmək lazımdır. Çalışmalar da bu istiqamətdə olacaq.
- Bir müddət idi futbolçular yorğunluqdan şikayət edirdilər. Uzunmüddətli istirahətin ardından bu il “Qarabağ”ı çempionluq uğrunda mübarizədə görə biləcəyikmi?
- Çalışacağıq ki, daha yaxşı çıxış edək. Əlbəttə, avrokuboklardan kənarda qalmaq istəmirik. Çempionlar Liqasında ölkəmizi təmsil etmək istəyirik. Yeni mövsümdə bu məqsəd uğrunda mübarizə aparacağıq.
- “Qarabağ” yeni mövsümdə əsasən ev oyunlarını Bakıda keçirəcək. Bunun komandanın oyununa müsbət təsir edəcəyini düşünmək olarmı?
- Bunu zaman göstərəcək. Çoxları bizi qınayır ki, şəraitə görə şikayət etmişik. Belə deyil. Hər zaman sevinə-sevinə gedib oynamışıq Quzanlıda. Bəzən onların gözləmədiyi vaxtda biz ev oyunlarımızı orada keçirmişik. Həmin şəraitdə yaşamışıq. Sadəcə əsas problem meydança ilə bağlıdır. Orada ilin cəmi iki - may və avqust aylarında qazon yaxşı vəziyyətdə olur. Qalan vaxtarda çox bərbad vəziyyətə düşür. Heç iki ötürməni ard-arda edə bilmirsən. Elə vaxt olub ki, palçıqda, suyun işində oynamışıq. Drenaj sistemi işləmir. Bəzən yağışda oyuna çıxmışıq, nəticədə meydança bərbad vəziyyətə düşüb. Növbəti oyunu normal keçirmək mümkün olmayıb. Qazon dəyişdirilməlidir ki, bunun üçün də vaxt lazımdır. Bakıda oynamağımız bununla bağlıdır. Biz şəraitsizlikdən şikayət etməmişik.
- Artıq avrokuboklardakı təmsilçilərimizin rəqibləri müəyyənləşib. Komandalarımızın şanslarını necə qiymətləndirirsiz?
- Hamısına uğurlar arzulayıram. Püşkdən əvvəl 4 təmsilçimizdən üçünün keçəcəyinə inandığımı deyirdim, amma indi dördünün də şansı var. Yəni hamısı mərhələ adlayacaq gücdədirlər.
- Püşkün bu dəfə komandalarımızın üzünə güldüyünü söyləmək olarmı?
- Əvvəlki illərlə müqayisədə, rəqiblərimiz bu dəfə daha zəif komandalardır. Bu da yaxşıdır ki, II təsnifat mərhələsinə yaxşı əhval-ruhiyyədə yollansınlar.
- Avropa çempionatının oyunlarını necə, izləyirsiniz?
- Təbii ki, izləyirəm. Futbol bayramına biganə qalmaq mümkün deyil.
- İndiyə qədər keçirilən oyunlardan hansı daha çox xoşunuza gəlib?
- Açığı, oyunlar gözlədiyimiz kimi deyil, bir qədər sönük keçir. Bu da başadüşüləndir. Ağır mövsümü keçirən futbolçularda yorğunluq hiss olunur. Üstəlik, millinin heyətində 3-4 gündən bir meydana çıxmaq asan deyil. Bir sözlə, oyunlar əvvəlki kimi sürətli keçmir. Yalnız axşam izlədiyim Portuqaliya - İspaniya matçı istisna olmaqla. Komandalarda istək vardı.
- Yeri gəlmişkən, Portuqaliya 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizdəndir. Onların oyunu haqda nə deyə bilərsiz?
- Əvvəl o komandada hərə özü üçün oynayırdı. Amma ispanlara qarşı meydanda vahid komanda var idi. Bu da onu göstərir ki, Portuqaliya 4-5 ən güclü komandadan biridir. Təbii ki, bizim üçün onlara qarşı oynamaq çətin olacaq. Həm də ilk duelimizi rəqib meydanındadır.
- Bəs hansı komandanın çempion olacağını düşünürsüz?
- Əslində, özüm İspaniyaya azarkeşlik edirəm. Amma onlar çempion ola bilməyəcəklər. Qızıl medalı Almaniya - İtaliya cütünün qalibi qazanacaq.

0
0