“İmkan verin, qələbəmizdən həzz alaq” - MÜSAHİBƏ
29.06.2012 - 09:52
Avropa çempionatının yarımfinalında Almaniya yığması üzərində gözlənilməz qələbə qazanmaqla, diqqət mərkəzinə düşən İtaliya millisinin baş məşqçisi Çezare Prandelli müsahibə verib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis komandasının həm gənc futbolçuları, həm də veteranları ilə fəxr etdiyini bildirib.
- Siz Balotellinin əvvəlki qeyri-dəqiq zərbələrinə baxmayaraq, niyə ona güvənməkdə davam edirsiniz?
- Çünki o, heyranedici oyunçudur. Marioya bir də ona görə inanırdım ki, onunla söhbətləşmişdim, hazır olduğunu hiss edirdim. Şadam ki, yanılmadıq. Bu gün Mario super çıxış göstərdi.
- İtaliya nəyin hesabına qalib gəldi?
- Oyuna hazırlığın səviyyəsi, güclü cinah oyunu, topa nəzarətə can atmaq və Kassano, Balotelli ki usta futbolçuların hesabına. Gənclərimiz və Pirlo kimi aparıcı veteranlarla fəxr edirəm. Biz futbol oynamaq istəyirdik. Bu da bizdə alındı.
- Varşava xoşunuza gəldi?
- Mənim oynadığımız bütün şəhərlər xoşuma gəldi.
- İtaliya yığması 2010-cu il dünya çempionatında güclə oynayırdı, burada isə finala çıxdınız. Belə inkişaf haradandır?
- Bizim komanda qurmağa düz 2 il vaxtımız oldu. Biz iddialı məqsəd qoymuşduq və buna çatmağa çalışırdıq.
- Finaldakı rəqibiniz olan İspaniya yığması haqda nə deyərdiniz?
- İmkan verin bugünkü qələbəmizdən həzz alaq. İspaniya haqda düşünməyə hələ vaxt olacaq.
- Siz Balotellini niyə əvəzlədiniz?
- O, əla oynadı, tam konsentrasiya olunmuşdu. Ancaq mən oyunçunun əzələsinə mümkün problemlə bağlı risk etməməyə qərara gəldim.
- Digərləri özlərini necə hiss edir?
- Həkimlər bu haqda mənə növbəti gündən tez deməyəcəklər.
- Bu qələbə sizin arzunuzdur?
- Arzunun başlanğıcı.
- Bütün Almaniya yığmasının start heyəti ilə təəccüblənmişdi. Bu, Podolski və Kroosla bağlı idi. Bəs siz?
- Yox. Bu, çox yaxşı futbolçular idi. Əminəm ki, Yoahim Löv isə belə qərar qəbul etməzdən uzun müddət fikirləşib. Yəqin ki, onun bu futbolçulara inanmağa əsasları vardı.
- Siz final mərhələsinə çıxmazdan öncə 20 kilometr aralıda yerləşən kilsəyə piyada getdiniz. Bu dəfə hara gedəcəksiniz?
- Hələ bilmirəm.
- Kassanonun oyununu qiymətləndirin...
- O, meydanda 50 fantastik dəqiqə keçirdi.
- Belə deyə bilərsiniz ki, İtaliya finalın favoritidir?
- Favorit İspaniyadır. Bu, uzun müddət “oturuşmuş” komandadır. Heyətində böyük ustalar oynayır. Elə bizim yorğunluğumuz da haradasa rol oynaya bilər. Meydança ağır idi, mənim futbolçularım hər dəfə sürüşürdülər. Ancaq ümid edirəm ki, biz yenə öz gücümüzlə oynayacağıq.
- Bu, İtaliyanın sizin rəhbərliyiniz altında ən yaxşı oyunudur?
- Fikrimcə, bu, ən yaxşı qələbədir.

0
0