Marioların savaşı: “SuperMario” kim olacaq?
29.06.2012 - 10:16
AVRO-2012-nin final oyunu ərəfəsində yarışın bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, İtaliya milli komandasının hücumçusu Mario Balotelli Almaniya ilə yarımfinal matçında dubla imza atmaqla çempionatın ən məhsuldar futbolçularına çatıb. Artıq 5 futbolçunun hesabında 3 qol var.
Lakin “Qızıl buts” yalnız 1 futbolçuya veriləcək. Bu isə eyni sayda qol vuranlardan ən çox məhsuldar ötürmə verən olacaq. Hər 2 göstərici bərabər olacağı halda isə meydanda daha az dəqiqə keçirən qalib adına layiq görüləcək. Belə hesablamalarla isə hələlik “Qızıl buts”a 1 nömrəli namizəd Balotellinin adaşı Qomesdir. Almaniyalı hücumçu 3 qolla yanaşı 1 ötürmə də verib. İtaliyalı mükafata layiq görülmək üçün İspaniya ilə final oyununda ya qol vurmalı, uya da 2 məhsuldar ötürmə verməlidir. Mükafatın sahibi də böyük ehtimalla 2 Mariodan biri olacaq.
Çünki 3 qol vuran digər 3 oyunçu Qomes kimi qol hesabını artırmaq imkanını itirib. Finalda oynamayacaq futbolçulardan daha bir Mario – Mandjukiç (Xorvatiya), həmçinin Alan Dzaqoyev (Rusiya) və Kriştianu Ronaldo (Portuqaliya) 3 dəfə fərqləniblər.
Marioların savaşına 2 qol vuranlardan da kimsə qoşula bilər. Belələrinin sayı 10 olsa da yalnız finalda meydana çıxacaq bombardirlər “Qızıl buts” iddiasını davam etdirir. Bunlar isə İspaniya millisinin üzvləri Fernando Torres, Sesk Fabreqas və Xabi Alonsodur.

0
0