Qyoko Hacıyevski: MOİK “Bakı” ilə oyunda yalnız kağız üzərində favoritdir
29.06.2012 - 11:31
“MOİK-i “Bakı” ilə çox çətin oyunlar gözləyir”. Apasport.az saytının məlumatına görə, bunu makedoniyalı mütəxəssis Qyoko Hacıyevski Bolqarıstan mətbuatına deyib.
“Bakı” və Sofiya MOİK-nin sabiq baş məşqçisi bu klubların Avropa Liqasında mümkün görüşü ilə bağlı fikirlərini açıqlayıb. Belə ki, I təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Bakı” Sloveniya “Mura”sını keçəcəyi halda, Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq. Hacıyevski bildirib ki, Azərbaycan klubu mərhələ adlamaqda çətinlik çəkməyərək, daha güclü rəqiblər mübarizədə də şanslıdır: “Mən hər 2 klubun ənənələrini çox yaxşı bilirəm. Burada təcrübə baxımından MOİK-in böyük üstünlüyü var. Ancaq “Bakı” son illərdə gördüyü işlərə, qoyduğu investisiyalara görə inkişafdadır. Bu komandanın MOİK-lə hər 2 oyunda maksimum bərabər səviyyədə oynamaq potensialı var. Mümkün qalibi qiymətləndirmək riskli sayılır. Aydın məsələdir ki, MOİK favorit hesab olunur, ancaq bu yalnız kağız üzərindir”.
Qeyd edək ki, Hacıyevski MOİK-i 1993-cü, “Bakı”nı isə 2007-2009-da çalışdıraraq, onlarla Azərbaycan çempionu olub.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0