Darmadağın görən hakim Bakıya gəlir
29.06.2012 - 12:04
Bakının “İnter” klubunun Avropa Liqasının I təsnifat mərhələsinin Estoniyanın “Trans” komandası ilə cavab qarşılaşmasının baş hakimi Kevin Klansi təcrübəsi ilə öyünə bilməz. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hakim yalnız bu ildən FİFA referisidir.
Şotlandiyalı ədalət təmsilçisi birbaşa UEFA-nın hakimlər üçün 3-cü kateqoriyasına daxil olub. 2000-ci ildən hakimliyə başlayan, 2005-ci ildən Şotlandiya premyer Liqasına təyinat alan Klansi beynəlxalq arenada nadir hallarda iş başında olub.
O, yalnız U-17-lərin matçlarında iş başında olub. Klansi Türkiyə yığmasının Almaniya və Portuqaliya ilə görüşlərində fut çalıb. Avrokuboklarda debüt edəcək britaniyalı 2 darmadağın görüb. Almaniya 4, Portuqaliya isə 3 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, “İnter” – “Trans” oyunu iyulun 12-də Bakıda keçiriləcək.

0
0