Berti Foqts daha 2 il əfsanə olacaq
29.06.2012 - 14:18
Almaniya milli komandasının titul həsrəti bir qədər də çəkəcək. Yoahim Lövün baş məşqçisi olduğu komanda haqda ağızdolusu ilə danışsaq, onun dünya və Avropa çempionu olmağa yetişdiyini desək də, o, heç finala çıxa bilmədi. Beləliklə, “alman maşını”nı dayandıran tapıldı və
bu, hələ turnirdən öncə çoxlarının ciddi qəbul etmədiyi İtaliya yığması oldu.
Açığı, şəxsən özüm də Almaniyanı AVRO-2012-nin əsas favoritlərindən sayırdım və çoxları kimi, mən də onun finalda İspaniyaya rəqib olacağını gözləyirdim. Ancaq Bundestim yarımfinalda çıxışı ilə bütün ümidlərimi puça çıxardı. Almanların belə zəif oyununu çoxdandır görməmişdim və müdafiə futbolu oynayanlar kimi qələmə verilən italyanlar onlara necə hücum edib, necə qol vurmaq lazım olduğunu göstərdi. Üstəlik, bunu edən daha çox qalmaqalları, şıltaqlıları ilə tanınan Mario Balotelli oldu. İstedadlı olmağı şübhə doğurmayan hücumçu etdiyi dublla alman həmkarı Mario Qomesə çataraq, ona bombardirlər yarışında “əlcək atdı” və indi “Qızıl buts”a 1 nömrəli namizəd oldu. Yəni 22 yaşlı Marioya adaşını qabaqlamaq üçün finalda 1 qol vurmaq yetərlidir.
Almaniya yığmasının hücum xətti nə qədər möhtəşəm olsa da, həmin gün yaradıcı, qolçu futbolçuların meydanda sanki kölgəsi vardı. Müdafiə xəttinin isə orta və ön xəttindən geri qalmağı bir daha sübut olundu. Xüsusilə müdafiənin mərkəzində problemləri olan Bundestim hər 2 qolu məhz bu “axsayan yeri”ndən buraxdı. Millimizin sabiq baş məşqçisi olan Berti Foqts keçmiş müdafiəçi olduğundan, gənc həmkarlarına baxıb, yaxşı qiymət verə bilər.
Foqtsdan söz düşmüşkən, Almaniya yığması onun dövründəki uğurunun hələ də həsrətini çəkir. Axı Bundestim sonuncu titulunu 1996-cı ildən məhz bu mütəxəssis onu çalışdıranda, qazanıb. Onda Foqtsun komandası İngiltərə keçirilən yarışın finalında Çexiya yığmasına 2:1 hesabı ilə qalib gələrək, qitənin ən güclücü oldu. Bundan sonra 4 dünya və Avropa çempionatı keçirilsə də, almanlar hələ də 1-ci ola bilmir. Ancaq onlar hər turnirdə 1 nömrəli favoritlərdən sayılır, sadəcə, Foqtsun uğurunu təkrarlaya bilmir. Bu isə o deməkdir ki, millimizin baş məşqçisi ən azı daha 2 il əfsanə olacaq. İndi almanlar bütün diqqətini 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına yönəldəcək. Əgər onlar qalib olarsa, öz antirekordunu təkrarlayacaq. Belə ki, Almaniya sonuncu dəfə tutula 18 il – 1954-cü ildən 1972-ci ilə kimi həsrət qalıb və buna məhz Foqtsun müdafiəçisi olduğu komanda ilə son qoyub.
Almaniya yığması həm dünya, həm də Avropa çempionluğunu hərəyə 3 dəfə qazansa da, qitədə qazandığı ilə rekordçudur. Yəni almanlardan çox Avropa çempionu olan hələ ki yoxdur. Bundestim ilk dəfə - 1972-ci ildə Avropa çempionu olanda, onda millimizin çalışdırıcısı da onun heyətində idi. Həmin vaxt futbolçu kimi ilk böyük uğurunu qazanan Foqts bundan 24 il sonra artıq baş məşqçi kimi Avropa çempionu oldu. Bununla da millimizin 66 yaşlı çalışdırıcısı Avropada rekordçu kimi qalmaqdadır. Axı onun kimi həm futbolçu, həm də baş məşqçi Avropa çempionu olan hələ də yoxdur.
Buna Loran Blan yaxın olsa da, 2000-ci ildə kuboku kapitan qazanan Fransa yığmasının keçmiş müdafiəçisi bu final mərhələsində baş məşqçi kimi 1/4 finala kimi irəliləyə bildi. Onun yolunu kəsən İspaniya Almaniyanın da sıradan çıxmağından sonra Avropa çempionu olmağa daha şanslı sayılır. Ancaq gəlin tələsməyək, İtaliyanı hesabdan silməyək. Hər halda, italyanlar ispanlarla qrup oyununda heç də ondan geri qalmadı, hesabı da açan oldu. Bir şey də var ki, Almaniya 2 il öncə dünya çempionatının yarımfinalında da məhz uduzduğu yığma – İspaniya sonda qalib oldu. Maraqlıdır, bu dəfə həmin ssenari İtaliya ilə təkrarlanacaqmı? İyulun 1-i saat 23:45-də başlayacaq finalı gözləyək...
Mehman SÜLEYMANOV

0
0