Hollandiyada “Qarabağ” haqda kitabın təqdimatı oldu
29.06.2012 - 14:37
Hollandiyada “Qarabağ” haqda kitabın təqdimatı oldu
“Qarabağ”ın sadiq azarkeşi olan hollandiyalı jurnalist Artur Huzinqa Azərbaycanda səfərdədir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Qarabağ həqiqətləri barəsində araşdırma aparan həmkarımızın uzun zamandır gözlənən kitabı işıq üzü gördü. Niderlandda keçirilən təqdimat mərasimində Huzinqayla yanaşı, fotoqraf Dirk Yan Vizzerin də “Sürgündə futbol” layihəsi təqdim edilib. Huizinganın kitabının son səhifəsində yazılanlar artıq hər şeyi ifadə edir:

Həmişə evsiz və ya səfərdə (Never a home game)

“Azərbaycanın “Qarabağ” (Ağdam) Futbol Klubu, dünyada hər bir peşəkar futbol komandası kimi, çempionatın zirvəsi uğrunda mübarizə aparırlar. Yalnız vacib bir fərq var: Klubun stadionu müharibə zonasında yerləşir və gündəlik atəşə məruz qalır. Futbolçular çempionatın final mərhələsini oynayanda şəhər erməni separatistləri tərəfindən işğal olunur və yerli əhali eyni zamanda azarkeşlər artıq qaçqın kimi çadırlarda yerləşdirilirlər. Buna baxmayaraq komanda mümkün olmayan bir nəticə əldə edir: Qarabağ Ağdam Azərbaycan çempionu olur.

Şəhərləri yer üzundən silinən zaman oyunçular futbol meydanında mübarizəni davam etdirirlər. 2009-ci ildə köçkünlər klubunun Avropa Ligasında yeni tarix yazmağına bir addım çatmır. `Qarabağ` (Ağdam) `Tvente`yə qarşı oynayanda həm dost, həm düşmən “nəfəslərini kəsir”.
“Qarabağ”ı yaxından izləyən hollandiyalı neft paytaxtı olan Bakının şüşəli ekstravaqant hündür binalarından tutmuş cəhbədəki qaçqın çadırlarına qədər, Dağlıq Qarabağda yox olmuş geyinmə otaqlarından tutmış Avropadakı “top-klubların” stadionlarına qədər hər şeyi diqqətdə saxlayır. Bu tragikomik əsər - macəra axtaran və Xəzər dənizinin sahilində unikal hekayə ilə rastaşan bu futbolsevənin məhsuludur. Unikal hekayə isə çox az bildiyimiz müharibədən və hamı tanıdığı oyundan bəhs edir.

Qeyd edək ki, Huzinqa Groningendə və Amsterdamda tarix fakultəsində oxuyub. 2008-ci ildən Ağdam klubunu izləyən jurnalistin məqalələri qəzetlərdə çap olunub.