Dünya çempionatının təbliği məqsədilə Bakıda möhtəşəm konsert
29.06.2012 - 15:21
İyulun 6-da, saat 21:00-dan 23:00-dək FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı məqsədilə Bakıda Dənizkənarı Milli Parkdakı Saat qülləsinin yaxınlığında konsert təşkil olunacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, konsertdə tanınmış müğənnilər Aygün Kazımova, Tünzalə Ağayeva, Röya, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu Çingiz Mustafayev və almaniyalı müğənni Okeaniya, həmçinin futbol fristaylerləri çıxış edəcəklər. Konsert İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, həmin gün Beynəlxalq Muğam Mərkəzində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi də keçiriləcək.
Xatırladaq ki, həmin gün Beynəlxalq Muğam Mərkəzində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi də keçiriləcək.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0