Vlastimil Petrjela: Azərbaycanda çalışmaqdan imtina etdim
29.06.2012 - 15:44
“Çindən təklif almışam? Ora ki, çox uzaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.
Çexiyalı mütəxəssis yenidən Azərbaycanda çalışmaq variantının olduğunu, lakin bu təklifdən imtina etdiyini açıqlayıb: “Bu yaxınlarda Azərbaycan və Qazaxıstandan təklif almışdım. Amma evdən bu qədər uzaqda çalışa bilmərəm. İndi mən istirahət mərhələsindəyəm. Yarım ildən sonra məşqçilik karyeramı bərpa edəcəm. Rusiya və ya Çexiyada çalışmaq istəyirəm”.
Qeyd edək ki, Petrjela 2007-ci ilin sentyabrından dekabrına qədər “Neftçi”nin baş məşqçisi olub.

0
0