“İnter” Gürcüstan “Dinamo”suna uduzdu
29.06.2012 - 16:20
“İnter” Gürcüstan “Dinamo”suna uduzdu
Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnirin 5-ci yerinin sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən turnirdə 5-6-cı yerlər uğrunda matç baş tutub. Bu oyunda "İnter" Gürcüstanın "Dinamo" klubuyla qarşılaşıb. Görüş 2:1 hesabıyla qonaqların xeyrinə başa çatıb. "İnter"in yeganə qolun müəllifi Əhməd Əhmədov oldu. Beləliklə, meydan sahibləri Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turniri 6-cı yerdə başa vurub.

Qeyd edək ki, "İnter" bu turnirdə 4 görüş keçirib. Bu oyunlarda komandamız 1 qələbə qazanıb və 3 dəfə meydanı məğlub durumda tərk edib.