“Oynadığım ən güclü çempionatlardan biri Azərbaycan Premyer Liqasıdır”
29.06.2012 - 18:54
“Santa Klara” mənim Avropada ilk klubum olub. Braziliyadan gələndə qitənin qapılarını bu klubda açmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun sabiq müdafiəçisi Danildo Assioli deyib.
Portuqaliyanın “Santa Klara” klubuna keçən 31 yaşlı müdafiəçi transferinə münasibət bildirib. Braziliyalı 4 il oynadığı Azərbaycanda darıxdığını açıqlayıb. Lakin çempionatımızın səviyyəsi haqda yüksək fikirlər səsləndirib: “Azərbaycanda oynadığım 4 il ərzində “Santa Klara” üçün çox darıxırdım. İndi isə öz evimə qayıtdığımı düşünürəm və buna çox sevinirəm. Çalışacağam ki, məndən gözlənilənləri verə bilim. Uzaq Azərbaycanda öz oyunuma, formama daim fikir verirdim. Orada Premyer Liqadakı rəqabət həddən artıq güclüdür. Mənim oynadığım ən güclü çempionatlardan biri Azərbaycan Premyer Liqasıdır”.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0