AZAL rəqib tapdı
29.06.2012 - 23:04
Yeni mövsümün hazırlığını Bakıda keçən AZAL sabah yoldaşlıq oyunu keçirəcək. Bu məlumatı apasport.az saytına komandanın baş məşqçisi Vaqif Sadıqov verib.
O, yetirmələrinin gücünü Premyer Liqanın digər iştirakçısı “Rəvan”la sınayacaq. Oyun saat 11.00-da, Şüvəlan qəsəbə stadionunda keçiriləcək.
Baş məşqçi bu oyunda baxışda olan bir neçə futbolçunu da sınayacaq. Seleksiya toplanışında hazırlığını davam etdirmək üçün əsas komandaya cəlb edilən 3 futbolçu haqda qərar da “Rəvan”la oyundan sonra veriləcək.
Onu da qeyd edək ki, “təyyarəçilər” iyulun 2-də Türkiyəyə yollanacaq. Təlim-məşq toplanışının ilk hissəsini Sparta şəhərində reallaşdıracaq paytaxt təmsilçisi 3 yoldaşlıq matçı keçirəcək. Oyunlar iyulun 6-da, 9-da və 12-də olacaq.
Hələlik sparrinq-rəqiblərin adları məlum deyil. İyulun 16-dan isə komanda məşqlərini Boluda davam etdirəcək. Bu hazırlıq dövründə AZAL 4 yoldaşlıq oyunu keçirəcək. Komanda vətənə iyulun 28-də dönəcək.

0
0