“Xəzər Lənkəran”ın sabiq müdafiəçisi rəsmən “Qəbələ”də!
30.06.2012 - 09:41
“Xəzər Lənkəran”ın sabiq müdafiəçisi rəsmən “Qəbələ”də!
“Qəbələ” daha bir futbolçu ilə heyətini gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2008-ci ildən Azərbaycan Premyer Liqasında top qovan 25 yaşlı türkiyəli futbolçu Muammer Erdoğdu ilə birillik müqavilə imzalanıb. Müdafiəçi artıq Qəbələdə təlim-məşq toplanışına start verən yeni komandasının sıralarına qatılıb.

Muammer Erdoğdu peşəkar karyerasına 2007-ci ildə “Qalatasaray”da start verib. 2008-2009 mövsümündə “Xəzər Lənkəran”a transfer olunan Muammer, sözügedən mövsümün ikinci yarısını “Turan”da keçirib və daha iki mövsüm (2009-2010, 2010-2011) Tovuz təmsilçisinin şərəfini qoruyub.

Arxada qoyduğumuz futbol ilinin ilk yarısını “Kəpəz”də top qovan müdafiəçi qış fasiləsində yenidən “Turan”a dönüb və mövsümü burada yekunlaşdırıb.