“Rubin” Bakıda kubok qazandı
01.07.2012 - 08:55
Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən turnirin həlledici görüşündə Rusiyanın “Rubin” və İsveçin “Brommapojkarna” komandaları üz-üzə gəliblər. Bu komandalar hələ qrup mərhələsində bir-biriylə qarşılaşmışdılar və həmin oyunda isveçlilər rəqibini 13:0 hesabıyla darmadağın etmişdilər. Lakin bu dəfə sevinən tərəf “Rubin” olub. Finala layiq mübarizədə keçən matç qollu heç-heçəylə başa çatıb - 3:3. Turnirin qalibin adı oyunsonrası onbirmetrlik cərimə zərbələr seriyasında müəyyənləşməli olib. Burada isə daha dəqiq olan rusiyalı futbolçular sonda qələbə qazanmağı bacarıblar - 9:8. Bununla da Azərbaycan Beynəlxalq Bankın 20 illiyinə həsr olunmuş turnirin qalibi Rusiyanın “Rubin” olub,
III yer uğrunda görüşdə Ukraynanın “Karpatı” və Bolqarıstanın “Slaviya” komandaları qarşılaşıblar. Oyun “Karpatı”nın xeyrinə başa çatıb - 4:0.
III yer uğrunda görüşdə Ukraynanın “Karpatı” və Bolqarıstanın “Slaviya” komandaları qarşılaşıblar. Oyun “Karpatı”nın xeyrinə başa çatıb - 4:0.
0
0