“Berti Foqtsa minnətdaram”
02.07.2012 - 09:14
“Məşqçi kimi yetişib tanınmağım üçün Berti Foqtsa təşəkkür etmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Aston Villa” klubunun baş məşqçisi Pol Lambert deyib.
1995-2003-cü illərdə futbolçu kimi Şotlandiya milli komandasında çıxış edən mütəxəssis Böyük Britaniya mətbuatına müsahibə verib. Lambert məşqçi kimi yetişməsində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun rolunu qeyd edib. O bildirib ki, almaniyalı Şotlandiya yığmasına başçılıq etdiyi vaxt ona çox şey öyrədib: “Futbolçu kimi yığma karyeramı 2003-cü ildə başa vurdum. Həmin vaxt yığmamıza Berti Foqts başçılıq edirdi. O, elə insandır ki, məşqçi olmağıma görə ona minnətdaram. Foqts məni Erik Rutermüller ilə tanış etdi. O, da məşqçilik kurslarına rəhbərlik edirdi. Mən də həmin kurslara getdim. O, mənim məşqçiliyin çətin olmasından qorxmağımı aradan qaldırdı”.
Qeyd edək ki, Foqts 2002-04-cü illərdə Şotlandiya yığmasının baş məşqçisi olub.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0