“İnter” heç kimi incik salmadı
02.07.2012 - 13:11
“İnter” heç kimi incik salmadı
AFFA-nın dəstəyi, Beynəlxalq Bank, Bakı Futbol Federasiyası və “İnter” Peşəkar İdman Klubunun təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş futbol turnirinin ən yaxşılarının adları açıqlanıb. Apasport.az-ın “bankirlər”in rəsmi saytına istinadən məlumatına görə, “Rubin”in çempionluğu ilə yekunlaşan yarışda 9 nominasiya üzrə qaliblər məlum olub.

Onlar arasında turnirin yeganə qız futbolçusu, “Kotkas”ın heyətində çıxış edən Tamik Lisette də var.

Turnirin ən yaxşı oyunçusu – Hampus Finndell (“Brommapojkarna”)
Turnirin ən yaxşı qapıçısı – Laşa-Georgi Qurgenidze (“Dinamo”).
Turnirin ən yaxşı müdafiəçisi – Vladislav Titarenko (“Karpatı”).
Turnirin ən yaxşı yarımmüdafiəçi – Artur Nikolayev (“Rubin”).
Turnirin ən yaxşı hücumçu – Joel Asoro (“Brommapojkarna”)
Turnirin bombardirləri – Badavi Mohamed (“Brommapojkarna”) və Joel Asoro (“Brommapojkarna”) – hərəyə 7 top.
Turnirin ən texnikalı oyunçuları – Furkan Yılmaz (“Samsunspor”) və Asen Maksimov (“Slaviya”).
Əzmkar oyuna görə mükafat – Ceyhun Muxtarlı (“İnter”).
Tamaşaçı rəğbəti qazandığına görə xüsusi mükafat – Tammik Lisette (“Kotkas”).

Qeyd edək ki, 8 klubun iştirakı ilə keçirilən 13 yaşadək futbolçular arasında mükafat almayan klub olmayıb.
0