AZAL 2 futbolçu ilə anlaşdı
02.07.2012 - 14:58
Bakıdakı təlim-məşq toplanışını yekunlaşdıran AZAL daha 2 futbolçu ilə müqavilə imzalayıb. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Vaqif Sadıqov məlumat verib. O bildirib ki, hər 2 futbolçu legionerdir.
Bir müddətdir baxışda olan Türkmənistan yığmasının üzvü Eldar Taqayev və braziliyalı Junior Nillo “təyyarəçilər”in formasını geyinəcək. Türkmənistanlı ilə 3, braziliyalı ilə 2 illik müqavilə imzalanıb. Sadıqovun sözlərinə görə, Türkiyədəki toplanış zaman bir neçə futbolçunun baxışa gələcəyi istisna deyil: “Çexiya və Mərakeşdən baxışa futbolçular gələcək. Bizə bütün mövqeləri gücləndirmək lazımdır. Xüsusilə hücum xəttinə əl gəzdirməliyik”.
Onu da qeyd edək ki, komanda bu gün səhər saatlarında Türkiyənin İsparta şəhərinə yola düşüb. İyulun 13-dək orada qalacaq “təyyarəçilər” 3 yoldaşlıq oyunu keçirəcək.
İyulun 6-dakı rəqibin adı məlum olmasa da, paytaxt klubu ayın 9-da “Antalyaspor”, üç gün sonra isə “Mersin İdman Yurdu” ilə gücünü sınayacaq. Komanda daha sonra Boluya keçəcək və iyulun 28-dək orada 4 yoldaşlıq oyunu keçirəcək.

0
0