Kabral Azərbaycana qayıdır
02.07.2012 - 15:41
Braziliyanın “İtabayano” klubuna keçməkdən son anda imtina edən Kristian adlı futbolçunun kimliyi məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycandan gələn zəngdən sonra ölkəmizdə oynamağa qərar verən yarımmüdafiəçi futbolumuza tanış legionerlərdəndir.
Belə ki, 20 dəqiqəlik telefon danışığı ilə “İtabayano”ya keçidini son anda dayandıran Kristian vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edib. Bu oyunçu vaxtilə “Xəzər Lənkəran”ın şərəfini qorumuş Kristian Martins Kabraldır. “Ağ-yaşıl” formada 25 oyuna 2 qol vuran 33 yaşlı futbolçu Azərbaycandan getdikdən sonra “Braqantino” və “İtumbiara” klublarının şərəfini qoruyub.
Qeyd edək ki, adı açıqlanmayan klubumuzun Kabrala 30 min ABŞ dolları məbləğində maaş və 2 illik müqavilə təklif etdiyi bildirilir.

0
0