“Qəbələ”dən Serbiya klubuna keçdi - FOTO
02.07.2012 - 16:30
“Qəbələ”nin hələ mövsüm başa çatmamış heyətdən kənarlaşdırdığı serbiyalı Veseliko Trivonoviç özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.
Belqradın OFK klubu ilə müqavilə imzalayan Trivonoviç transferinə münasibət bildirib: “Yenidən OFK-da oynayacağım üçün çox şadam. Başqa təkliflərim də var idi. Lakin onlar barədə heç düşünmədim. Çünki OFK-da qazandığım təcrübə sayəsində xaricdən təklif aldım və gedib orada çıxış etdim”.
Qeyd edək ki, 2011-ci ildə “Qəbələ”yə keçən yarımmüdafiəçi son zamanlar zədədən əziyyət çəkdiyindən Premyer Liqada nadir hallarda meydançaya çıxırdı.

0
0