“Sumqayıt” da hazırlığa başladı
02.07.2012 - 16:39
“Sumqayıt” da hazırlığa başladı
“Sumqayıt” 2012/2013 mövsümü üçün hazırlığa start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bernhard Raabın rəhbərlik etdiyi komanda bu gün “Dalğa Arena”da ilk məşqinə çıxıb.

Yeni transferlər – Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov, Fərid Quliyev, Məhəmməd Əli Atam, Səlahət Ağayev və Elçin Sadıqov da məşqdə iştirak edib. Əvəzedicilərdən əsas komandaya dəvət olunan Aydın Qasımov, Arif Vəliyev, Bəxtiyar Həsənəlizadə, Ayaz Mehdiyev və Aqşin Muxtaroğlu da Raabın sərəncamında olub. Komanda sabahdan etibarən hazırlığını gündə 2 dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirəcək. Sabah səhər məşqi saat 10:00-da baş tutacaq.

Qeyd edək ki, hazırda U-19-un heyətində təlim-məşq toplanışında olan Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov isə hazırlıq prosesinə nisbətən gec qoşulacaq.