“Xəzər Lənkəran”ın rəqibi “Qala”nı seçdi
02.07.2012 - 16:47
Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Estoniyanın “Nomme Kalyu” klubu bu gün Azərbaycana gəlir. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisi saat 20:00-da Bakıda olacaq.
Qonaqlar oyunun keçiriləcəyi Lənkərana da paytaxtdan yollanacaq. Estoniya klubu ilk qarşılaşmadan 3 gün əvvəl ölkəmizə gəlməyi məqsədəuyğun sayıb. Onlar matçadək olan müddəti Lənkərandakı “Qala” otelində məskunlaşacaq.
Qeyd edək ki, komandalar arasında Lənkəran şəhər stadionunda keçiriləcək ilk matç iyulun 5-də baş tutacaq. Oyun saat 20:00-da başlayacaq.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0